Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yunnan əyalətinin hökuməti açıqlayıb.

Bildirilib ki, qəza mayın 29-da əyalətin Moszyan qəsəbəsində baş verib.

Məlumata görə, partlayış su bəndinin havalandırma sisteminin təmizlənməsi zamanı olub. Axtarış-xilasetmə işləri başa çatıb. 

Qəzanın səbəbi araşdırılır.