"Ümumi yoluxma hallarının 47%-i Bakının payına düşür"

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, ümumi yoluxma halları Gəncə-Qazax bölgəsində 13,7%, Aranda 11,1%, Abşeronda 9,2%, Lənkəranda 8,6%, digər bölgələrimizdə isə 5,4%-dən aşağı təşkil edir. 

TƏBİB sədri həmçinin qeyd edib ki, indiyədək Gəncə şəhərində 481, Sumqayıt şəhərində 250, Abşeronda 209, Masallıda 47, Goranboyda 30, İsmayıllı 32, Astara 27, Neftçala 55, Qəbələ 47, Xaçmaz 31 və Beyləqanda 29 yoluxma faktı aşkarlanıb.