“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir”.

Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma artır:

“Narıncı zonada yoluxma artıb. Gediş-gəlişin intensivliyi artarsa, sarı zonada da artıma səbəb ola bilər. Hələlik bu məsələni bu mərhələdə saxlamağa çalışırıq”.