Azərbaycan müstəqilliyinin ilk illərində  ölkəyə rəhbərlik edən naşı və səriştəsiz rəhbərlər səbəbindən olmazın bəlalarla üz-üzə qalmalı oldu. Təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları isə vəziyyəti daha da çətinləşdirirdi. Azərbaycanda hər kəsin var gücü ilə xarici düşmənə qarşı birləşməli olduğu halda hakimiyyət eşqi ilə yaşayan bəzi işbazlar ayrı-ayı qruplar halında birləşmişdilər. Ölkənin qanuni prezidentinə qarşı AXC-Müsavat cütlüyü hər cəhdlə həmlələr edirdi. Erməni Qarabağda, AXC-Müsavat cütlüyü isə Bakıda cəbhə açmışdı. Niyyətləri fərqli olan bu düşmənlərin əslində maraqlarının kəsişən nöqtələri vardı. Hər ikisi də istədiyinə nail oldu. Erməni haralardansa aldığı güclə, AXC-Müsavat cütlüyü isə Qarabağda ələ keçirdiyi silah-sursatın gücüylə!  
Hakimiyyətə gələ bilmək üçün Ayaz Müttəllimov hakimiyyətinin başını özünə qarışdıran AXC-Müsavat cütlüyünün silahlı birləşmələri Qarabağda ələ keçirdikləri silah-sursatı  paytaxt Bakıya gətirmiş və Bakıda siyasi hakimiyyətə yiyələnə bilmək üçün istifadə edirdilər. 1992-ci ilin mart ayından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və ermənilərin üstünlüyü ələ əlmasına gətirib çıxarıdrdı. 1992-ci ilin mart-aprel aylarında Bakıda yaşanan siyasi gərginlik mərkəzi hakimiyyəti zəiflədirdi və may ayının əvvəlində, dəqiq desək 8 mayda  Şuşa  düşmən tərəfindən işğal olundu. Mayın                                14-də  Mütəllimov  təzyiq vasitəsilə yenidən hakimiyyətə qayıdaraq  cəmi 1 gün prezident  kürsüsündə  otura bildi. Ertəsi  gün, yəni 15 mayda   Xalq Cəbhəsi  parlamentin binasına  hücum çəkdi, Ali Sovetin binasını, tele-radio, Prezident Aparatı və digər dövlət əhəmiyyətli binaları ələ keçirdilər. Bu de-fakto silahlı cəbhəçilərin ölkədə siyasi hakimiyyəti devirmələri və nəzarəti əllərinə almaları demək idi.  Mayın  18-də ölkənin Ali  qanunvericilik orqanı 4 gün əvvəl  qəbul  etdiyi  qərarları  qanunsuz elan etdi. Elə məhz həmin gün də  digər bir rayon Laçın işğal olundu.  
Beləliklə, cəbhəçilər hakimiyyəti zorla ələ aldılar. Ancaq onların səriştəsizliyi ucbatından  daxili və xarici  siyasətdə buraxılan səhvlər  onsuz da mürəkkəb olan  vəziyyəti  daha da gərginləşdirdi. 
Həmin dövrdə Müdafiə Naziri olmuş şəxsin kimliyinə nəzrə salaq – Rəhim Qaziyev! Kim idi bu adam?  İxtisası riyaziyyat müəllimi olan  mülki bir adamı ölkəyə müdafiə naziri təyin etmişdilər. Hərb sahəsi hara, riyaziyyat müəllimi hara?! Gəlin, Rəhim Qaziyevin siyasi mənsubiyyətinə baxaq! O AXCP-nin üzvü idi. Bəlkə çıxıb bunu da dansınlar?! Nə zaman müdafiə naziri təyin olunub? 17 mart 1992-ci ildə! AXC-Müsavat cütlüyü  məhz silah gücünə  ölkənin qanuni prezidenti olan Ayaz Mütəllimovu istefaya göndərdikdən 11 gün sonra! 
Bundan əlavə, nizami ordu yatratmaq əvəzinə  özünü müdafiə batolyonları və silahlı dəstələr yaradılmışdı ki, onlar da heç bir vahid komandanlıq olmadan ayrı-ayrı şəxslərin nəzarətində idi.  AXC-Müsavat cütlüyünə bu silahlı birləşmələr sərf edirdi axı. Hakimiyyəti əldə saxlamaq və möhkəmləndirmək üçün. Həmin silahlı dəstələrdən birinə də Surət Hüseynov rəhbərlik edirdi. Bəs bu adm kim idi? Ona Milli Qəhrəman adını hansı hakimiyyət vermişdi? 
Yun fabrikinin direktoru olmuş bir adam. Nə var nə var, AXC-Müsavat cütlüyü bu admdan maliyyə dəstəyi aldığı üçün onu yuxarı başa çəkmiş, 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrini ona həvalə etmişdilər. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan  silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və Hüseynov korpusun komandanı təyin edilmişdi. 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Bir xatırlatma da edim ki, AXC-Müsavat cütlüyü belə bir adama Milli Qəhrəman adı verir. Kim idi həmin tarixdə ölkə prezidenti? Əbülfəz Elçibəy (7 iyun 1992 — 24 iyun 1993)! Surət Hüseynovun digər sonrakı fəaliyyəti isə gün kimi aydındır. Gəncədə qardaş qırğını yaratmaqdan tutmuş, Bakıya hakimiyyəti ələ almaq üçün gəlmək cəhdləri də həmçinin.
AXC-Müsavat hakimiyyətində yüksək post tutan və baş verənlərdə bir nömrəli məsuliyyət daşıyan şəxslərdən olan Əli Kərimli həmin dövrdə baş verənlərə aydınlıq gətimək əvəzinə bu gün hər cəhdlə tarixi hadisələri, tarixi hadisələr bir kənara gündəlik insanların gözü qarşısında baş verən müsbət prosesləri təhrif etməyə çalışır. 
Öz rəhbərinə belə xəyanət etmiş bu şəxs bu xislətindən əl çəkə bilmir və şəxsi maraqları naminə olmazın çirkinliklərə əl atır. 
Bilir ki, dünyanın, bütün ölkələrin, hətta ayrı-ayrı xaricdəki donor təşkilatların başı koronavirus pandemiyasına qarşıb və bu qrantdan məhrum olacaq, başlayıb cürəbəcür şoular göstərməyə. Ay internetim kəsildi, telefonum bağlandı, televizorum göstərmir, blokadaya alındım, filan-beşməkan. 
Görür ki, bu şouları alınmır,  toruna saldığı 5-6 nəfər haya-küyə gedən cəbhəçini təhrik edir ki, karantin rejmininin tələblərini və qanunvericiliyin tələblərini pozsunlar və beləliklə də məsuliyyətə cəlb olunsunlar,  o da bundan siyasi maraqları üçün istifadə eləsin.
Bu “işdə” Əli Kərimli tək deyil, onun özü kimi bir neçəsi vardır ki, onlar da hər cəhdlə Azərbaycana qarşı yaramazlıqlar edirlər. Kimlərdir bunlar? Əli Kərimlinin mirzəsi Qənimət Zahid, mətbuat katibi funksiyasını yerinə yetirən Sevinc Osmanqızı, Arif Məmmədov, Yunuslar ailəlikcə - Arif Yunus, Ramiz Yunus, Leyla Yunus! Gəlin,  bunların “fəaliyyətinə”, təbii ki buna fəaliyyət demək olarsa, bir nəzər salaq.  Bu adamlar anti-Azərbaycan dairələrin, bir qədər də dəqiq desək erməni lobbisinin əlində alətə çevrilib maddiyyat müqabilində erməni sifarişi yerinə yetirən, Azərbaycana qarşı şər-böhtan, qarayaxma kampaniyası aparan, Ermənistanı təbliğ və təqdir edən, Paşinyanı özləri üçün bir etalona çevirən şəxslərdirlər. Bəyəm, belə müxalifətçilikmi olur? Hansı müsbət bir layihə, tədbir həyata keçirilirsə dərhal başlayırlar o haqda şər-böhtan atmağa, dezinformasiyalar yaymağa. Öz aləmlərində də müqayisəni aparırlar  Ermənistanla, hər zaman da Ermənistan bunlar üçün örnəkdir və öndədir.  Bu adamlar necə vətənpərvər, necə xalq, ölkə düşünən adamlardır ki, düşmən bir ölkəni, düşmən bir ölkənin Baş nazirini nümünə çəkirlər? Əli Kərimlini götürək! Adam öz aləmində müqayisə edir. Yenə Ermənistan! Paşinyan da ki, onun 1 nömrəli kumiridir.  Əli Kərimli indi pafoslu-pafoslu danışır, təbii ki, onu bayaq qeyd etdiyim dairələr və qrant maraqları danışdırır. Əgər bunlar belə xalq, millət düşünən idilərsə ölkədə hakimiyyətə birinci bunlar gəlmişdilər. Xalqı o zaman niyə düşünmədilər? Bunlar belə xalq düşünən idilər deyə xalqı çörəklə imtahana çəkirdilər?
Əli Kərimlinin mirzəsi Qənimət Zahid! Hər gün Azərbaycana qarşı olmazın iftiralar səsləndirən bu bisavad hələ bizim regionda koronavirusa yoluxma faktları qeydə alınmadğı vaxtlarda, bir neçə ay bundan öncə Arif Məmmədovla yutub kanalında canlı yayında deyirdilər ki, MDB ölkələri arasında koronavirusla mübarizədə ən hazırlıqlı ölkə Ermənistan, ən geri qalımış, hazırlıqsız ölkə isə Azərbaycandır. Bu nə mövqedir? 
Hadisələrin gedişatı nə deyir bəs? Bu günə qədər Ermənistanda  8676 adam koronavirusa yoluxub, ölüm sayı 120 nəfərdir,  başqa sözlə desək  Ermənistanda 1 milyon adamdan 2928 nəfəri bu xəstəliyə yoluxub. Azərbaycanda isə 4759 yoluxma, 56 ölüm fakı,  qeydə alınıb ki, yoluxma faktı  1 milyon nəfərə 470 şəxs təşkil edir. Uzun sözün qısası  bu admların məqsədi Azərbaycanda qarşıqlıq yarada bilmək  üçün hər yalana, böhtana əl atmaqdır. 
Digər bir nüansa nəzər yetirək! Bu il fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezident İlham Əliyevlə  Ermənistanın Baş naziri arasında keçirilən panel müzakirələr zamanı Ölkə Başçısının Paşinyanı çıxılmaz vəziyyətə salması və Paşinyanın çox gülünc və məğlub durma düşməsi, söz tapıb deyə bilməməsi, əlindəki konspektləri vərəqləyərək dilinin dolaşması həmin anti-millilərin narahatlığına səbəb olmamışdımı? Əli Kərimlinin mətbuat katibi funksiyasını canla-başla yerinə yetirən Sevinc Osmanqızı çıxıb  dili ilə açıq-aşkar deyirdi ki, Paşinyan haqlıdır və başlamışıdı BMT kimi bir beynəlxalq təşkilatın məlum Qətnamələrində söz və tərcümə səhvi axtamağa. 
Bunların bu əməllərinə nə ad vermək olar? Əlbəttəki, düşmənçilik və anti-milli mövqe! 
Bu adamlar son günlərdə biabırçı görüntüləri ilə gündəm olan Milli Şura adlı qurumda cəm olaraq anti-Azərbaycan dairələrin, daha dəqiqi erməni lobbisinin təlimat və qrant təminatı əsasında Azərbaycana qarşı xəyanət etməklə məşğuldurlar. Qeyd olunanlardan bir daha belə qənaətə gəlmək mümkündür ki, özlərinin Milli Şura adlandırdıqları həmin anti-milli şura Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri və Paşinyanın səlahiyyətli nümayəndəsi funksiyasını yerinə yetirməklə məşğuldurlar. Budur, özünü müxalifət, demokrat adlandıran bir qrup adamın “siyasəti”, daha doğrusu Azərbaycana qarşı olan xəayənətlərinin xronologiyası!

Cavid Osmanov
Milli Məclisin deputatı