Fransada son sutka ərzində daha 255 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransada ümumilikdə 28 714 nəfər pandemiyanın qurbanı olub. 67,8 min insan isə müalicə olunaraq sağalıb. Hal-hazırda ölkədə 14,6 min aktiv koronavirus xəstəsi mövcuddur.

Onlardan 1 361-i reanimasiya şöbəsində müalicə alır.