Son iki gündə Tacikistanda COVID-19 virusuna yoluxanların sayı 262 nəfər artaraq 3686 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, indiyədək ölkədə 1769, son sutka ərzində isə 331 nəfər sağalıb, 47 xəstə ölüb.

Hazırda 2228 nəfər karantindədir.

Ölkənin 85 xəstəxanasında koronavirusla mübarizəyə 8 minə yaxın həkim, 25 mindən artıq orta tibb işçisi cəlb olunub.