Yaponiyada son sutka ərzində 74 nəfər koronavirusa yoluxub ki, bunun da üçdəbiri paytaxt Tokionun payına düşür.

Unikal.org xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin məlumatına əsasən ölkədə ümumilikdə virusa yoluxanların sayı 17 min 545 nəfərə çatıb. Onlardan 14 min 908-nin sağaldığı, 902 nəfərin isə həyatını itirdiyi bildirilir. 132 nəfərin vəziyyəti ağırdır.