İranda ötən sutka ərzində daha 2 282 nəfər koronavirusa (COVID19) yoluxub.

Unikal.org-un məlumatına görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin açıqlamasında bildirilir ki, ölkədə virusa yoluxanların sayı 148 950 nəfərə çatıb. Virus daşıyıcılarından 2 533 nəfərin vəziyyəti ağırdır.

İranda ötən 24 saat ərzində daha 57 nəfər koronavirusdan ölüb və ümumilikdə isə bu say 7 734 nəfərə yüksəlib.

İndiyədək 116 827 nəfərin koronavirusdan sağalıb.

İranda  915 min-dən çox insan testdən keçirilib.