Amerika Birlәşmiş Ştatlarında qaradərili Corc Floydu dizi ilə boğaraq öldürən polis әmәkdaşı Derek Şovinin xanımı da ərinin törətdiyi əmələ etiraz əlaməti olaraq ondan boşanmaq üçün məhkəməməyə müraciət edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, törətdiyi əmələ görə həbs olunan polisin xanımı Kellie Şovinin vəkili vasitəsilə açıqlama yayıb: ""Müvəkkilim xanım Kellie, Floydun ölümünə təəssüflənir və onun ailəsinin qəmini bölüşür".

Eyni zamanda, o, əri Derek Şovin ilə olan nikah xitam vermək üçün məhkəməyə müraciət edib.