İspanaq, daşıdığı bol miqdarda vitamin, komponent və minerallar sayəsində çox qədim dövrlərdən etibarən tibbin alternativ sahəsində xəstəliklərin müalicəsində istifadə edilir.

Unikal.org xəbər verir ki, yaşlılıq dövründə orqanizmin müqavimətinin azalması ilə yanaşı bir çox xəstəlik ortaya çıxmağa başlayır. Bunlardan ən geniş yayılmış olanı isə beyin və zehinlə əlaqəli məsələlərdir. Mütəmadi olaraq ispanaq yemək, beynin və zehnin davamlı gənc və fəal qalmasını təmin edir. İspanaq sinir sistemində hormon istehsalı modulunu dəstəkləyən folat, K və C vitaminlərini ehtiva edir.

K vitamini sfinqolipidlər sintezini asanlaşdıraraq sağlam sinir sistemi və beyin funksiyalarını dəstəkləyir. Beyin sağlamlığı üçün lazım olan yağ və turşu miqdarlarını tarazlaşdıraraq beyin sağlamlığına inanılmaz fayda verir. Beləliklə, ispanaq davranış problemlərin düzəldilməsi üçün ciddi mənada fayda verir.

Alzheimer yaşlılıq dövründə görülən günümüzün ən ciddi xəstəlikləri sırasındadır. İspanaq beyin funksiyalarına müsbət təsir etdiyi üçün Alzheimer və digər beyinlə bağlı xəstəliklərdən qoruyur.