"1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir".

Unikal.org xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran  Hüseynovanın 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə hazırladığı “Uşaqlar gələcəyimizdir” məqaləsində əksini tapıb.

H. Hüseynova qeyd edib ki, ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb: “Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur”.