Bildiyiniz kimi, ABŞ-da qara dərili Corc Floyd adlı şəxsin polis tərəfindən öldürülməsi ölkədə böyük etiraza səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,artıq həmin etiraz aksiyaları İngiltərədə də keçirilməyə başlayıb. Etirazçılar paytaxt Londonda əllərində "Ədalət yoxdursa, əmin-əmanlıq da yoxdur!" yazılan lövhələrlə aksiya keçiriblər.

Bəzi etirazçılar baş verən hadisədən İngiltərənin heç də günahsız olmadığını bildiriblər. Yerli mətbuat isə onların maskasız olduqları və sosial məsafəyə məhəl qoymadıqları üçün günahlandırıb.