Peruda ötən sutka ərzində yeni növ koronavirusa daha 7 386 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 155 671 nəfərə çatıb.

Bildirilir ki, Peruda koronavirusa yoluxanlardan 4 371 nəfəri ölüb, 66 447 nəfəri isə sağalıb.