Ağstafa rayonunun Poylu kəndində "VAZ" markalı minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.

Unikal.org xəbər verir ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.