Qırğız Respublikasının Özbəkistanın Sox anklavı ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.

Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələ bilməyiblər.

“Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib” – Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.