Konqo Demokratik Respublikasında yenidən ebola xəstəliyindən ölüm faktı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.  Nazirliyin məlumatına görə, ölkənin qərb əyaləti olan Ekvatorda ebolaya yoluxan 4 nəfər dünyasını dəyişib. 

Ekvator vilayətinin qubernatoru Bobo Boloko Bolumbu əhalini təşvişə düşməməyə və gigiyena qaydalarına əməl etməyə çağırıb.