Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Semyoniçeva Cəmilə Qaraxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.