Amerika Birləşmiş Ştatlarında 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyalarla əlaqədar paytaxt Vaşinqtonda küçəyə çıxmaq qadağan edilib.

Unikal.org xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin meri Müriel Bouzer bildirib.

Onun sözlərinə görə, bu gün saat 19:00-dan etibarən iki gün ərzində paytaxtda küçəyə çıxmaq qadağandır. Mer bu qərarın şəhərdə baş vermiş iğtişaşlarla bağlı olduğunu deyib.

Qeyd edək ki, mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsinə etiraz olaraq aksiyalar keçirilir. Aksiyalar ölkənin 20-dən çox ştatını əhatə edir.