Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 827 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4563, yoluxanlar isə 164 769 nəfərə çatıb.

Türkiyədə indiyədək 128 947 xəstə sağalaraq evə buraxılıb.