“ASAN xidmət” və “Rabitəbank” ASC-nin  birgə təşəbbüsü ilə 1 iyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində  “Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb.

Unikal.org xəbər verir ki, sosial təşəbbüs çərçivəsində  uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə Tərtərin Əskipara kəndinin həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən  şagirdlərinə  notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.    

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən  şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək,  yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq!