Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org-un məlumatına görə, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Rayonun Nasosnu küçəsində yaşayan 1985-ci il təvəllüdlü Şəhriyar Əliyevdən 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.