Həkimlər ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydun ölüm səbəbini açıqlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tibb işçilərinin məlumatına görə, Floyd mexaniki asfiksiyadan və ya oksigen çatışmazlığından dünyasını dəyişib. Tibbi ekspertizaya görə, afroamerikalının ölümü qətl nəticəsində gerçəkləşib.

Xatırladaq ki, mayın 25-də dələduzluqda ittiham olunan Corc Floydu saxlayan polis əməkdaşı dizi ilə onu boğaraq xəstəxanalıq edib. Son sözləri “Nəfəs ala bilmirəm” olan Corc reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da kütləvi etiraz aksiyalarına səbəb olub.