ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Prezidenti Donald Tramp məsələyə münasibət bildirib. O, baş verənləri "daxili terror" olaraq adlandırıb.

Həmçinin qeyd edək ki, Tramp ABŞ-da davam edən etirazları dayandırmaq üçün orduya səlahiyyət verib. O, əsas məqsədinin xalqı qorumaq olduğunu deyib:

"Ölkəmizin qanunlarını yerinə yetirmək üçün and içmişəm. Corc Floydun öldürülməsinə haqlı olaraq etiraz edən Amerika xalqı üçün bu sözümə əməl edəcəm. Ədalət öz yerini tapacaq"