ABŞ prezidenti Donald Tramp, polis tərəfindən boğularaq öldürülən qaradərili “Corc Floyd nümayişləri” çərçivəsində çərşənbə axşamı günündən bəri baş verən şiddətli hadisələr ilə əlaqədar ştat qubernatorları ilə telekonfrans keçirib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “İnsanları həbs edib 10 il həbsxanaya salmalısız” deyən ABŞ prezidenti Tramp, qubernatoru Corc Floydun ölümündən sonra ölkədəki etiraz nümayişlərində zorakılıq etməkdə ittiham edib. 

Müsahibənin səs yazılarına əsaslanan Amerika mətbuatının verdiyi xəbərlərə görə, Tramp qubernatorları “zəif davranmaqda”, “Hadisələrdə dominant tərəf olmalısan, yoxsa vaxtınızı boşa xərcləyirsən” deyə ittiham edib.  

Həmçinin də, Tramp qubernatorlara: “İnsanları həbs etməlisiniz” deyə bildirib. 

Qubernatorların nümayişçilər məsələsində daha sərt addımlar atmaları lazım olduğunu vurğulayan Tramp, “Bunlar bir hərəkətdir. İndi baş verənləri dayandırmasanız, daha da pis olacaq” deyə şərh verib.