Çində son gün ərzində koronavirua 16 yeni yoluxma faktı aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu sözü gedən ölkədə son 3 həftədə ən yüksək göstəricidir. Həmçinin qeyd olunub ki, yoluxma faktlarının 11-i Siçuan bölgəsində qeydə alınıb. 

Onların hamısının Çinə xaricdən gəldiyi bildirilib. Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.