Gürcüstanda son gün ərzində daha 2 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bununla da sözü gedən ölkədə "Covid-19"-a yoluxanların sayı 796-ya çatıb. Onların 634-ü artıq sağalıb, 12-si isə ölüb.

Hazırda Gürcüstanda karantində 2 508, stasionar nəzarətdə isə 300 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da vətəndə koronavirusdan müalicə olunur.