Türkiyədə 75 yaşlı kişi evinə çağırdığı 3 qadın tərəfindən soyulub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın bölgəsində baş verib. Belə ki, 75 yaşlı S.O. həmin qadınlardan biri ilə cinsi münasibətdə olarkən digər ikisi onun pullarını oğurlayıb. Sabah saatlarında həmin evdən çıxan 3 qadın sürətlə ərazidən uzaqlaşıb.

Yaşlı kişi də pullarının oğurlandığını qadınlar evdən getdikdən sonra anlayıb. Onlar polis tərəfindən saxlanılıb və ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.