Braziliyada son gün ərzində daha 623 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 937-ə çatıb. Eyni zamanda son 24 saatda 12 247 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, Braziliyada "Covid-19"a yoluxanların sayı 526 447-ə yüksəlib. 

Qeyd edək ki, Cənubi Amerikada koronavirusun ən geniş yayıldığı ölkə Braziliyadır.