Qara dərili Corc Floydun polis tərəfindən öldürülməsi ABŞ-da böyük iğtişaşlara səbəb olub.

Unikal.org xəbər verir ki, yüz minlərlə amerikalı hər gün rtiraz aksiyalarında iştirak edir. Şiddətin getdikcə artması ilə ölkənin 40-dan çox ştatında fövqəladə vəziyyət elan olunub.

ABŞ-ın ən böyük mətbuat orqanı olan "New York Times" qəzeti isə ölkənin artıq bölünmə nöqtəsinə gəldiyini yazıb. Bildirilib ki, ABŞ-da gündəm yalnız etiraz aksiyalarından və polisin vətəndaşlara şiddət tətbiq etməsindən ibarətdir.