Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan “Sofosbuvir” adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

Unikal.org poisknews-a istinadən xəbər verir ki, tədqiqatçılar kök hüceyrələlərindən kiçik beyin nümunələri yetişdiriblər. “Sofosbuvir”in tətbiqindən sonra virusa yoluxmuş hüceyrələrin sayı azalıb. Həmçinin sinir sonluqlarının işində SARS-cov-2-nin səbəb olduğu pozuntular aradan qaldırılıb.

Alimlərin fərziyyələrinə görə, preparat COVID19-a yoluxmuş insanlarda ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri), epilepsiya tutmaları və hallüsinasiyanı aradan qaldırmaq imkanına malikdir. O, həmçinin xəstələri iy və dadbilmə hissinin itməsindən qoruya bilər.