Rusiyanın Nalçik şəhərin meri Teymuraz Axoxov COVID-19-a yoluxub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kabarda-Balkar Respublikası administrasiyasından bildirilib ki, T.Axoxovun təkrar koronavirus testi müsbət nəticə verib.

Qeyd olunur ki, mer xəstəliyi yüngül keçirir.

Şəhər administrasiyası fəaliyyətini normal qaydada davam etdirir.