Abşeronda polis azyaşlı uşağın həyatını xilas edib.

Unikal.org xəbər verir ki,  Saray qəsəbəsində azyaşlı uşağın halı pisləşib.Bu zaman ərazidən keçən Abşeron Rayon YPX-nin əməkdaşı Cabbarov Xaliq Hümbət oğlu uşağa ilkin tibbi yardım göstərib. Sonra polis əməkdaşı azyaşlını Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatı xilas olunub.