Türkiyənin Ankara şəhərində sosial məsafə qaydalarına əməl olunaraq namaz qılındığı zaman imamın telefonunu oğurlayıblar.

Unikal.org  Türkiyə KİV-ə istinadən xəbər verir ki,  hadisə Çankaya rayonunda baş verib.

Məscidin girişində bir müddət camaatı nəzərdən keçirən şəxs imamın otağına girərək, onun telefonunu oğurlayıb.

Bu hadisə anbaan kameraya düşüb.