ABŞ-ın paytaxtı Vaşinqtonun hüquq-mühafizə orqanları ötən gecə  ərzində qaradərili əhaliyə qarşı polis zorakılığının tətbiqi əleyhinə keçirilən etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ paytaxtının Polis İdarəsinin rəisi Piter Nyuşem keçirdiyi mətbuat konfransında bildirib.

"Bizdə prosesin sonunda 300-dən çox həbs oldu", - Vaşinqton polisinin rəhbəri deyib.

Onun sözlərinə görə, "həbslər əsasən qanun pozuntularının üç kateqoriyası ilə izah olunub. Bunlar komendant saatı qaydalarına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin qarışıqlıqlarda və soyğunçuluqlarda iştirakdır.