Rusiyanın Dövlət Atom Enerjisi Şirkəti "Rosatom" koronavirusla bağlı yeni müalicə metodu tapıldığını açıqlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  "Parıldayan qaz" adlanan üsulda ağciyərlər ultrabənövşəyi şüalarla dezinfeksiya edilir.  İndiyə qədər heç bir araşdırmada ultrabənövşəyi şüalarla bir insanın daxilini dezinfeksiya etmək mümkün olmayıb.

Şirkət tərəfindən verilən açıqlamada bu üsulun uğurla kəşf edildiyi bildirilib.