İndiyədək Gürcüstanda koronavirusa 800 nəfər yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

COVID-19-a yoluxanların 640-ı müalicə olunaraq sağalıb, 13-ü isə vəfat edib.

Ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır. Gürcüstanda koronavirusdan müalicə olunanlar arasında xaricdən gətirilən 3 ölkə vətəndaşı da var.