Bütün dövrlərin ən yaxşı boksçularının adlarına aydınlıq gətirilib.  

Unikal.org-un məlumatına görə, bu siyahını “Boxrec” tətbiq edib. Siyahıya 10 idmançının adı daxil edilib. 

"10-luğ"un lideri Floyd Meyvezerdir. Amerikalı boksçu rinqi heç vaxt məğlub tərk etməyib. Onu Menni Pakyao və Karlos Monson izləyir. 

Maraqlıdır ki, Məhəmməd Əlinin dördüncü olduğu siyahıya Mayk Taysonun adı düşməyib. 

Ən güclü “10-luq”

1. Floyd Meyvezer (50-0-0) 
2. Menni Pakyao (62-7-2) 
3. Karlos Monson (87-3-9) 
4. Məhəmməd Əli (56-5-0) 
5. Şuqar Rey Robinson (174-19-6) 
6. Bernard Hopkins (55-8-2) 
7. Co Luis (66-3-0) 
8. Arçi Mur (186-23-10) 
9. Oskar De La Hoyya (39-6-0) 
10. Hulio Sezar Çaves (107-6-2)