Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə bağlı araşdırmalar bütün dünyada davam etdirilir.

Unikal.org xəbər verir ki, bu dəfə Türkiyənin Hitit Universiteti Tibb Fakültəsi, Dəri və Zöhrəvi Xəstəlikləri Başçısı Dos. Dr. Engin Şenel maraqlı açıqlama verib. Onun sözlərinə görə, koronavirus səbəbindən çox sayda spirt və dezinfeksiya edici məhlulların istifadəsi dərinin təbii qoruyucu təbəqəsini zədələyir.

Araşdırmalar nəticəsində məlum olub ki, spirtdən uzun müddət istifadə edilməsinin ardından su ilə təmas edən insanların dərisində bu zədələnmə daha şiddətli olur. Bildirilib ki, bu dəri xəstəliyi özünü qızaqılıq, quruluq, kəpəklənmə və qabarıqlıqla büruzə verir.

Həkimlərin sözlərinə görə, əlləri isti və soyuq su ilə yumaq yerinə ilıq sudan istifadə etmək daha doğru seçim olacaq.