Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

Unikal.org xəbər verir ki, T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: “Mənim Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.