Afrika ölkələrindən olan Ekvatorial Qvineyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təmsilçisi işdən qovulub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki buna səbəb təmsilçinin "koronavirusu şişirtməsi" olub. Ölkənin Xarici İşlər Naziriliyi tərəfindən edilən açıqlamada həmin ÜST əməkdaşının dərhal ölkəni tərk etməsi tələb olunub.

Həmçinin qeyd olunub ki, pandemiya səbəbindən uçuşların həyata keçirilməməsi səbəbindən işdən çıxarılan təmsilçi hələ də Ekvatorial Qvineyadadır.

Qeyd edək ki, sözü gedən ölkədə 1 306 nəfər "Covid-19"a yoluxub, onlardan 12 nəfəri dünyasını dəyişib.