Fizuli Musayevin vurulma səbəbi “Unikal”da
Fizuli Musayevin vurulma səbəbi “Unikal”da
Surqut şəhərində reketlik etmiş şəxs necə parladı?

Taekvondo Federasiyasının rəhbər vəzifəsində dəyişiklik baş verib. Qurumun 1-ci vitse-prezidenti Füzuli Musayev vəzifəsindən uzaqlaşdırılıb.Füzuli Musayev uzun müddət idi ki, Taekvondo Federasiyasında yüksək post tuturdu.
Olimpiadalarda medalın qazanılmaması ona olan etibarı heçə endirib. Mənbəmizin bildirdiyinə görə, London oyunları təcrübəli mütəxəssis üçün son şans olub. Bunu özü də yaxşı bilib. Elə buna görə də Musayev son zamanlar diqqətini daha çox biznesə ayırıb. Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılıb. 1999-cu ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. 2001-ci ildən isə Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse - Prezidenti vəzifəsini həyata keçirib. Məlum vəzifə dəyişikliyi ilə bağlı "Unikal"a ilginc faktlar daxil olub.Və bu faktlar bir sıra qaranlıq məqamlara tamlıqla aydınlıq gətirir. Belə ki, mənbə iddia edir ki, Füzuli Musayev əlinə düşən imkanlardan bəhrələnərək özünə ciddi biznes qurubmuş. Onun şəhərin mərkəzində "torqovı"da, Azadlıq prospektində bir neçə mağazalar şəbəkəsi, həmçinin oteli və restoranı olub. Bununla yanaşı Füzuli Musayev ölkə kənarında da biznes yarada bilibmiş. Hətta onun Surqutda reket dəstələri ilə əlaqələrinin olduğu, zaman-zaman müəyyən "razborkalarda" iştirak etdiyi də söylənilir. Məhz onun həm də kriminal dünya ilə əlaqələr qurması yuxarı dairələri qıcıqlandırıb və bu səbəbdən də o postunu itirib.Bunu da qeyd edək ki, Füzuli Musayevin vəzifəyə gəlməmişdən öncədə Surqutda bu işlərlə məşğul olubmuş. Amma özünü bacarıqlı idmançı kimi göstərməklə nöqsanlarını ört-basdır edə bilib.Qeyd olunur ki, Füzuli Musayevə yaşıl işıq yandırılanda da ona bildirilibmiş ki, bundan sonra fəaliyyətini yalnız idmanın inkişafına yönəltsin və hər hansı arzuolunmaz proseslərə qatılmasın. Mənbənin sözlərinə görə Füzuli Musayevin biznesi o qədər əhatəli olub ki, çalışdığı Taekvando Federasiyasına belə həftələrlə getmirmiş. Bundan başqa mənbə bildirir ki, Füzuli Musayev keçmiş idmançılarıda bir araya toplayaraq öz məqsədləri üçün istifadə edib, bəzilərinin Rusiyada hansısa dəstələrdə təmsil olunmalarına da nail olub. Çünki onun Surqutdakı ən böyük bazarda payı var və ona nəzarət üçün keçmiş idmançıları zaman-zaman ora yola salırmış. Sonda bunu da qeyd edək ki, Füzuli Musayevin biznesinə artıq nəzarət qoyulub və çox böyük ehtimal ki, o nələrisə itirməli olacaq. İlk növbə də isə Təhsil Nazirliyinin yanında tikdirdiyi otel və restoranı təhvil verməli olacaq. Qeyd edək ki, həmin ərazilər biz zamanlar keçmiş daxili işlər naziri İsgəndər Həmidova məxsus olub. Amma sonradan Füzuli Musayev müəyyən qədər pul ödəməklə həmin yeri alıb və ora federasiyanın bazası olub. Bir neçə il öncə isə Füzuli Musayev bazanı demək olar ki, ləğv edərək yerində otel və restoran yaradıb.
Mövzuya qayıdacağıq.
İlkin Rzazadə