Lənkəranda bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki,  hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb.

Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Kamil oğlu Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Mansur oğlu Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altına düşüb. Nəticədə F.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.