ABŞ-ın Kaliforniya ştatında mülki helikopter “Bell 206” Feyrfild şəhərində qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, helikopterin içində olan üç nəfər ölüb.

Polisin məlumatına görə, helikopter elektrik xəttinə dəyərək avtomobil şosesinin yaxınlığındakı meşə zolağına düşüb. Qəzadan sonra başlayan yanğın söndürülüb.

Helikopterdə yerli qaz şirkətinin işçiləri olub. Hadisə ərazidə 38 000 evin işıqsız qalmasına səbəb olub.