4 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Unikal.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 4 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27,

Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

4 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36,

dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

4 iyunda Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.