Sankt-Peterburqda Puşkinçi rəssam adlandırılan Engel Nasibulin vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 86 yaşlı rəssam bu geçə ürək tutmasından dünyasını dəyişib.

Engel Nasibulin 1934-cü ildə Başqırdstanda anadan olub. İlya Repin adına Leninqrad rəngkarlıq, memarlıq və heykəltəraşlıq İnstitutunda təhsil alıb.

A.S.Puşkinin əsərlərinə çəkdiyi illüstrasiyalar ilə məşhurlaşan rəssama - "Puşkinçi" adını veriblər.