İranın qərbində yerləşən İylam əyalətində 5 bal gücündə zəlzələ meydana gəlib.

Unikal.org xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzindən açıqlama verilib. Təkanlar SalibAbad şəhərində, yerli vaxtla 12:46-a qeydə alınıb.

Zəlzələnin hiposentri 11 kilometr dərinlikdə olub. Dağıntı və təlafat olub olmadığına dair hələlik məlumat verilməyib.