Bildiyiniz kimi, yeni növ koronavirus (Covid1-9) infeksiyası Çinin Uhan şəhərində vəhşi heyvan bazarlarının birində meydana gəlmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusun ortaya çıxdığı gündən etibarən sözü gedən şəhərdə sərt karantin qaydaları tətbiq olunurdu. Karantin qaydalarının tətbiqindən 110 gün sonra isə Uhanda həyat normal axarına geri dönüb.

Şəhər əhalisi yenidən parkları və bazarlara axın edib. Qeyd edək ki, Uhan şəhərində 11 milyondan çox insan yaşayır.