Pakistanda mədrəsənin damı uçub, ölən və yaralananlar var.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Şimali Vəziristan rayonunda mədrəsənin damının uçması nəticəsində 6 uşaq ölüb, 13 uşaq xəsarət alıb. 

Hadisə baş verən zaman yaşı 10-dan aşağı uşaqlar mədrəsədə dərsdə olublar.