Antarktida ətrafındakı ərazilər Yer kürəsinin ən təmiz hissəsi hesab oluna bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, Antarktida sahillərində, Cənub okeanı üzərindəki havada hər hansı bir çirklənmə izlərinə rast gəlinməyib.

Alimlərdən birininin sözlərinə görə, böyük ehtimalla Antarktida digər qitələrdən olan mikroorqanizm və digər qalıqlardan müdafiə olunur.

Bundan başqa, Cənub okeanı insan fəaliyyətinin mənfi təsirlərinə ən az məruz qalmış nadir bölgələrdəndir.