Çinin Uhan şəhərində meydana gələn və qısa müddətdə dünyaya təsir edən yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbindən milyonlarla insan müvəqqəti işsiz qalıb. 

Unikal.org xəbər verir ki, işsizlik səviyyəsi artması  ilə əlaqədar, Avropa və Amerikada  da, kirayədə yaşayan insanlar ev sahiblərinin kirayəçilərə qarşı cinsi təcavüz şikayətlərində 13 faiz artım müşahidə olunub.

Belə ki, bu barədə  Amerika Milli Ədalət Mənzil Alyansında danışan təcavüzə məruz qalan  amerikalı bir  qadının  kirayə haqqını ödəyə bilmədiyi üçün “ev sahibi ilə cinsi əlaqədə olmasaydım, məni qapının önünə qoyardı.Tənha bir ana kimi mənim başqa şansım yox idi. Evimi itirmək istəmirdim” deyə açıqlaması şərh olunub. 

Mənzil kirayələrinin artması son illərdə “cinsi əlaqə üçün icarə” tələbini də artırıb.  Səlahiyyətlilər onlayn saytlarda pulsuz seksdə qalma üçün reklamların mövcud olduğunu bildiriblər. 

Qeyd edək ki, 2018-ci ildə edilən bir araşdırmaya görə, İngiltərədəki 5 il ərzində 250 min qadın kirayə haqqını ödəyə bilmədiyi ərzində  ev sahiblərinin cinsi tələbləri ilə qarşılaşıblar.

Alyans nümayəndəsi Morgan Uilliamsın açıqlamasına görə, icarəçilərin qlobal bir epidemiyada evsiz qalmamaları üçün sərt qərarlar qəbul etməli olduqlarını söyləyib. 

Uilliams həmçinin də, əksər qadınlar ev sahiblərini evlərini itirmək qorxusu və ya yoxsulluq kimi səbəbləri görə hakimiyyətə bildirmədilər.